Yuxarı

​Texasda açıq şəkildə silah gəzdirməyə icazə verilib

Kovboy olmaq istəyənlərə indi artıq heç nə mane olmur

Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən etibarən ABŞ-ın Texas ştatının barlarında qoburda tapançalı insanlar görünə bilər.

"Report" "The Independent"ə istinadən xəbər verir ki, bu, ötən ilin iyun ayında ştatda qəbul olunan qanunun 2016-cı ildə qüvvəyə minməsindən sonra mümkün olub.

1 yanvar 2016-cı il tarixinədək Texasda silahı ətrafdakıları əsəbiləşdirməmək üçün gizli gəzdirmək lazım idi. İndi isə kovboy olmaq istəyənlərə artıq heç nə mane olmur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi