Britaniya sakini 43 il sonra sevgilisi ilə evlənməyə nail olub - FOTO - VİDEO

Britaniya sakini 43 il sonra sevgilisi ilə evlənməyə nail olub - FOTO - VİDEO Bakı. 9 mart. REPORT.AZ/ Böyük Britaniya sakini Kolin Cons sevgilisi Polina Yanqa 43 dəfə evlilik təklif edib.
Maraqlı
9 Mart , 2019 05:25
Britaniya sakini 43 il sonra sevgilisi ilə evlənməyə nail olub - FOTO - VİDEO

Bakı. 9 mart. REPORT.AZ/ Böyük Britaniya sakini Kolin Cons sevgilisi Polina Yanqa 43 dəfə evlilik təklif edib.

"Report"un məlumatına görə, bu barədə "Fox News" telekanalı bildirib.

Telekanalın xəbərinə görə, o, yalnız 43 il sonra birgə evlilik həyatına nail ola bilib.

Cütlük 1976-cı ildə tanış olub və onlar arasında sevgi münasibətləri yaranıb. Lakin Kolin Polinaya evlilik təklifi etdikdə rədd cavabı alıb. O, növbəti ildə yenidən buna cəhd etsə də, eyni cavabı alıb.

Qeyd edilir ki, bu, 40 ildən çox davam edib. Bu vaxt ərzində onlar Maltaya köçüblər və orada kiçik mehmanxana açıblar. Amma Polina xəstələndikdən sonra, cütlük Böyük Britaniyaya qayıdıb və qocalar evində yaşamağa başlayıb. Qadın 72 yaşında özü Kolinə toy etməyi təklif edib.

Cütlük qocalar evində nişanlanıb.

Daha əvvəl Britaniyada taksi sürücüsü lotereyada 27,5 milyon avro udub. 

Son xəbərlər

Orphus sistemi