Yuxarı
    Bağlamaq

    Çində dünyanın ən hündür şüşə körpüsü açılacaq - FOTO - VİDEO

    Körpü ümumilikdə 10 dünya rekordu müəyyənləşdirəcək

    Bakı. 17 avqust. REPORT.AZ/ Avqustun 20-də Çinin mərkəzində yerləşən Hunan əyalətindəki Çjantszyatsze Milli parkında dünyanın ən uzun və ən hündür şüşə körpüsünün açılışı olacaq.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, körpü ümumilikdə 10 dünya rekordu müəyyənləşdirəcək.

    Tikilinin uzunluğu və eni müvafiq olaraq 430 və 6 metr təşkil edəcək. 99 ədəd üçlaylı şəffaf şüşə panellərdən ibarət olan körpü iki qayanı birləşdirəcək və dərədən təxminən 300 m yüksəklikdə yerləşəcək.

    Hər gün nəfəskəsici mənzərəni 8 min nəfər izləyə biləcək. Əyləncə kompleksinin təşkilatçılarının sözlərinə görə, bura gəlmək üçün azı bir gün əvvəldən bilet rezervasiya edilməlidir.

    Qeyd edək ki, körpünün əsas konstruksiyasının tikintisi ötən ilin dekabrında başa çatıb. Onun möhkəmliyini sübut etmək üçün iyul ayında böyük şou təşkil edilib və 2 tonluq yük maşını şüşə qurğunun üstündən keçib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi