Yuxarı

Batumidə 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb - FOTO - VİDEO

Batumidə 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb - FOTO - VİDEO
© Report

Tbilisi. 10 sentyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində, təxminən, 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, həmin şəxs bir müddət abidənin üstündə oturub.

Hadisə yerinə gələn xilasedicilər onu abidənin üstündən düşürməyə çalışıblar. Lakin həmin şəxs köməkdən imtina edərək özü aşağı enib.

Yerli mətbuatın məlumatına görə, həmin şəxs Konstantin Ediberidzedir. Ediberidze həyətində çətənə yetişdirdiyinə görə polis onunla bağlı araşdırma aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi