Batumidə 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb - FOTO - VİDEO

Batumidə 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb - FOTO - VİDEO Tbilisi. 10 sentyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində, təxminən, 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb.
Maraqlı
10 Sentyabr , 2018 16:17
Batumidə 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb - FOTO - VİDEO
Report
0 : 00
0 : 00

Tbilisi. 10 sentyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində, təxminən, 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, həmin şəxs bir müddət abidənin üstündə oturub.

Hadisə yerinə gələn xilasedicilər onu abidənin üstündən düşürməyə çalışıblar. Lakin həmin şəxs köməkdən imtina edərək özü aşağı enib.

Yerli mətbuatın məlumatına görə, həmin şəxs Konstantin Ediberidzedir. Ediberidze həyətində çətənə yetişdirdiyinə görə polis onunla bağlı araşdırma aparıb.

Son xəbərlər

Orphus sistemi