Yuxarı

Bakıda doğulmuş məşhur "qanuni oğru" İspaniyadan Moskvaya deportasiya olunub

Şakro Molodoy ləqəbli Zaxariy Kalaşov İspaniyadan Moskvaya deportasiya olunub

Bakı. 5 dekabr . REPORT.AZ/ Bakıda doğulmuş məşhur "qanuni oğru" Şakro Molodoy ləqəbli Zaxariy Kalaşov  İspaniyadan Moskvaya deportasiya olunub. Bu barədə "Report" Rusiyanın "Trud" qəzetinə istinadən xəbər verir. 

Z.Kalaşov İspaniya hökuməti tərəfindən Moskvaya deportasiya olunub. Qəzet xəbər verir ki, onun Rusiyada olmadığı zaman baş vermiş bir sıra "avtoritetlərin" qətlindən sonra məhz 61 yaşlı Şarkonu postsovet məkanında cinayət aləminin rəhbəri adlandırırlar.

Bakıda doğulmuş yezidi-kürd Zaxariy Knyazeviç Kalaşov DİN gizli məlumatlarına görə, nüfuzlu avtoritet, İspaniyada OPQ liderlərindən biridir. O, məşhur "Yaponçik"in tövsiyəsi ilə "taclandırlıb". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi