Bakıda doğulmuş məşhur "qanuni oğru" İspaniyadan Moskvaya deportasiya olunub

Bakıda doğulmuş məşhur "qanuni oğru" İspaniyadan Moskvaya deportasiya olunub Şakro Molodoy ləqəbli Zaxariy Kalaşov İspaniyadan Moskvaya deportasiya olunub
Maraqlı
462
5 Dekabr , 2014 11:05
Bakıda doğulmuş məşhur qanuni oğru İspaniyadan Moskvaya deportasiya olunub
Bakı. 5 dekabr . REPORT.AZ/ Bakıda doğulmuş məşhur "qanuni oğru" Şakro Molodoy ləqəbli Zaxariy Kalaşov  İspaniyadan Moskvaya deportasiya olunub. Bu barədə "Report" Rusiyanın "Trud" qəzetinə istinadən xəbər verir. 

Z.Kalaşov İspaniya hökuməti tərəfindən Moskvaya deportasiya olunub. Qəzet xəbər verir ki, onun Rusiyada olmadığı zaman baş vermiş bir sıra "avtoritetlərin" qətlindən sonra məhz 61 yaşlı Şarkonu postsovet məkanında cinayət aləminin rəhbəri adlandırırlar.

Bakıda doğulmuş yezidi-kürd Zaxariy Knyazeviç Kalaşov DİN gizli məlumatlarına görə, nüfuzlu avtoritet, İspaniyada OPQ liderlərindən biridir. O, məşhur "Yaponçik"in tövsiyəsi ilə "taclandırlıb". 

Son xəbərlər

Orphus sistemi