Alimlər Marsda həyatın mövcudluğunu güman edirlər

Alimlər Marsda həyatın mövcudluğunu güman edirlər Bakı. 23 oktyabr. REPORT.AZ/ Marsda həyat hələ də mümkündür.
Maraqlı
23 Oktyabr , 2018 02:07
Alimlər Marsda həyatın mövcudluğunu güman edirlər

Bakı. 23 oktyabr. REPORT.AZ/ Marsda həyat hələ də mümkündür.

"Report" "Nature Geoscience" nəşrinə istinadən xəbər verir ki, alimlər belə qənaətə Qırmızı planet haqqında yeni məlumatlar aldıqdan sonra gəliblər.

Mütəxəssislər müəyyənləşdiriblər ki, Marsdakı suda çoxhüceyrəli orqanizmlərin yaşaması üçün kifayət edəcək miqdarda oksigen ola bilər. Yer Kürəsində müxtəlif canlı orqanizmlər oxşar şəraitdə duzlu və şirin göllərdə yaşamağa qadirdir. Bu, tədqiqatçılara Qırmızı planetdə də həyatın mövcud olmasını güman etməyə imkan verir.

Lakin bu nikbinliyi heç də bütün alimlər bölüşmür. Bir sıra alimlər hesab edir ki, Marsdakı göllərdə duzun və zəhərin miqdarı həddindən çox ola bilər. Bu səbəbdən orada orqanizmlərin yaşaması mümkün deyil.

Son xəbərlər

Orphus sistemi