Yuxarı

ABŞ-da Tumsboro şəhəri 1,7 milyon dollara satışa çıxarılıb - FOTO

ABŞ-da Tumsboro şəhəri 1,7 milyon dollara satışa çıxarılıb - FOTO

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ-ın Corciya ştatında Tumsboro şəhəri demək olar, bütünlüklə satışa çıxarılıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Amerikanın "Craigslist" saytında yerləşdirilən xəbərdə bildirilir ki, şəhərin yeni alıcısı təkcə yaşayış binalarını deyil, mülki tikililəri - restoranı, oteli, dəyirmanı və hətta Tumsboronun məşhur opera teatrını alacaq.

Sadalananların hamısının bütünlükdə qiyməti - 1,7 milyon dollardır. Bu, ABŞ-ın bəzi digər iri şəhərləri, o cümlədən Nyu-Yorkdakı mənzillərin qiyməti ilə təxminən uyğun gəlir.

Restoran, dəyirman və opera teatrı ilə yanaşı, şəhərdə Viktorian üslubda tikilmiş otel, banket zalı, pambıq saxlamaq üçün anbar, qədim kresloları olan bərbərxana, qədim bank binası, 1869-cu ildə tikilmiş dəmir yolu deposu, süni göl, artezian quyusu və işlənilməmiş boksit yataqları var. Bu obyektlər şəhərin yeni alıcısına çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi