Yunanıstanda ada sakinləri turistlərdən yorulublar

Yunanıstanda ada sakinləri turistlərdən yorulublar Yunanıstanın Mikonos adasının sakinləri yaşadıqları ərazinin turistlər arasında həddindən artıq populyarlığından şikayətləniblər.
Maraqlı
5 Sentyabr , 2022 08:33
Yunanıstanda ada sakinləri turistlərdən yorulublar

Yunanıstanın Mikonos adasının sakinləri yaşadıqları ərazinin turistlər arasında həddindən artıq populyarlığından şikayətləniblər.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Onlar hesab edirlər ki, adaya qurman restoranları, şampan və butiklər üçün gələn bloggerlərin və məşhurların populyarlığı adanı kimlikdən məhrum edir və infrastruktur turist axınının öhdəsindən gələ bilmir.

Nəşrin məlumatına görə, Mikonos 1950-ci illərdə qonşu Delos adasına gələn turistlər tərəfindən kəşf edilib. Bu gün adada turizm infrastrukturu - restoranlar və butiklər o qədər sürətlə inkişaf edir ki, yerli sakinlər bundan əziyyət çəkirlər.

Yerli folklor muzeyinin direktoru Mariya Apostolou bildirib ki, adanın təbii yaşayış mühiti məhv edilib, su və kanalizasiya sistemləri sıradan çıxıb, əyləncələr ada üçün təhlükəyə çevrilib.

Qeyd edək ki, bu ilin iyul ayında, cəmi bir həftə ərzində sənayedə 30 min işçinin çalışdığına baxmayaraq, adada turistlərin sayı 220 min nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi