Yer üzərində ən qədim orqanizm aşkar edilib

Yer üzərində ən qədim orqanizm aşkar edilib Təxminən 3770-4280 milyon il əvvəl Yer üzündə yaşamış bakteriyaların izlərinə Nuvvuaqittukanın süxurlarında rast gəlinib
Maraqlı
1 Mart , 2017 11:35
Yer üzərində ən qədim orqanizm aşkar edilib

Bakı. 1 mart. REPORT.AZ/ Paleobioloqlardan ibarət beynəlxalq kollektiv Yer üzündə həyatın ən qədim daşlaşmış qalıqlarını aşkar edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı araşdırma "Nature" jurnalında nəşr olunub.

Təxminən 3770-4280 milyon il əvvəl Yer üzündə sualtı hidrotermal mənbələrin yaxınlığında yaşamış bakteriyaların izlərinə dünyanın ən qədim qayası olan Nuvvuaqittukanın süxurlarında rast gəlinib.

Alimlər araşdırma üçün götürdükləri nümunələrdə boru və lifli strukturlar, eləcə də dəmir oksid və karbonatların qranullarını aşkar ediblər və bununla süxurların keçmişdə bioloji fəallıqla əlaqəli olması qənaətinə gəliblər.

Bioloqlar hesab edirlər ki, mövcud məlumatlar təxminən 3,7 milyard il əvvəl mikroorqanizmlərin demək olar bütün okean boyu yayıldığını göstərir.

Son xəbərlər

Orphus sistemi