276 kq çəkisi olan göy tunes balığı Yaponiyanın paytaxtı Tokioda ilin ilk hərracında 207 milyon iyenə (cari məzənnə ilə 1,3 milyon dollar) satılıb.
“Report”
Bu belə hərracların tarixində ikinci ən yüksək nəticə olub – mütləq rekord 1999-cu ildə qeydə alınıb, o zaman tunes 1,5 dəfə daha baha qiymətə satılıb. Əvvəlki illərdə olduğu kimi, bazar günü satılmış tunes şimal Aomori prefekturasında ovlanılıb.
Restoran sənayesi nümayəndələri hesab edirlər ki, ilin ilk hərracında əsas lotun alınması biznesin uğurlu aparılmasına kömək edəcək. Bundan başqa, bu, ən bahalı balığı dadmaq üçün növbəyə duran müştəriləri cəlb etməyə imkan verir. Əvvəllər hərrac məşhur Sukidzi bazarında keçirilirdi. Onun ləğvindən sonra hərrac Toyosu bazarında keçirilməyə başlayıb.