Uşağın şıltaqlığı 133 doza peyvəndin məhvinə səbəb oldu

Uşağın şıltaqlığı 133 doza peyvəndin məhvinə səbəb oldu Hadisəyə dair araşdırma aparılır
Maraqlı
20 Fevral , 2021 17:07
Uşağın şıltaqlığı 133 doza peyvəndin məhvinə səbəb oldu

Ötən gün Braziliyanın Rio Bananal şəhərində sakinlər üçün nəzərdə tutulan koronavirusa qarşı peyvəndin hamısı sıradan çıxıb.

“Report” “Globo”ya istinadən xəbər verir ki, polisin bildirdiyinə görə, 9 yaşlı uşağın vaksinasiya mərkəzində səhvən elektrik lövhəsini söndürməsi soyuducuda saxlanılan “CovonaVac” peyvəndinin 133 dozasının, habelə qan testi nümunələrinin və başqa dərmanların məhv olmasına səbəb olub.

Nəticədə şəhər bələdiyyəsi həssas qruplar arasında peyvəndləmə aparmaq üçün yenidən doza gətirtmək məcburiyyətində qalıb.

Şahidlərin sözlərinə görə, uşaq oynayaraq skamyaya dırmaşıb və elektrik lövhəsinin içində sayrışan qırmızı lampanı söndürmək istəyərkən səhvən elektrik təchizatını şəbəkədən ayırıb.

Hadisəyə dair araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi