Türkmənistanda elmə məlum olmayan canlı aşkarlanıb

Türkmənistanda elmə məlum olmayan canlı aşkarlanıb Bakı. 13 oktyabr. REPORT.AZ/ İspan və bolqar alimləri Türkmənistanda elmə məlum olmayan canlı aşkarlayıblar.
Maraqlı
160
13 Oktyabr , 2018 05:56
Türkmənistanda elmə məlum olmayan canlı aşkarlanıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ İspan və bolqar alimləri Türkmənistanda elmə məlum olmayan canlı aşkarlayıblar.

Bu barədə "Report" "Planet Today"ə istinadən xəbər verir.

Məlumata görə, naməlum buğumayaqlı ölkənin şərqindəki mağaralardan birində aşkarlanıb. Alimlər ona "Turkmenocampa mirabilis" adını veriblər. Bu, tərcümədə "inanılmaz" və ya "qeyri-adi" tərcüməsini verir.

Alimlərin sözlərinə görə, buğumayaqlı Türkmənistanın yaşama üçün çətin şəraiti olan mağaralarına uyğunlaşmaq üçün uzun təkamül yolu keçib. Bu canlının Orta Asiyanın digər ərazilərində də olması güman edilir.

Alimlər canlının əlverişsiz şəraitə necə uyğunlaşmasını aydınlaşdırmağa çalışırlar. 

Xatırladaq ki, avqustda Qax rayonunda da qeyri-adi görünüşə malik canlı tapılıb.

Son xəbərlər

Orphus sistemi