Türkmənistanda elmə məlum olmayan canlı aşkarlanıb
Maraqlı
- 13 oktyabr, 2018
- 01:56
Bakı. 13 oktyabr. REPORT.AZ/ İspan və bolqar alimləri Türkmənistanda elmə məlum olmayan canlı aşkarlayıblar.
Bu barədə "Report" "Planet Today"ə istinadən xəbər verir.
Məlumata görə, naməlum buğumayaqlı ölkənin şərqindəki mağaralardan birində aşkarlanıb. Alimlər ona "Turkmenocampa mirabilis" adını veriblər. Bu, tərcümədə "inanılmaz" və ya "qeyri-adi" tərcüməsini verir.
Alimlərin sözlərinə görə, buğumayaqlı Türkmənistanın yaşama üçün çətin şəraiti olan mağaralarına uyğunlaşmaq üçün uzun təkamül yolu keçib. Bu canlının Orta Asiyanın digər ərazilərində də olması güman edilir.
Alimlər canlının əlverişsiz şəraitə necə uyğunlaşmasını aydınlaşdırmağa çalışırlar.
Xatırladaq ki, avqustda Qax rayonunda da qeyri-adi görünüşə malik canlı tapılıb.
Son xəbərlər
14:18
Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri müəyyənləşib
Maliyyə14:11
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Daxili siyasət14:08
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Maliyyə14:07
Azərbaycanda orta illik inflyasiya martda dəyişməyib
Maliyyə14:06
Makron Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə konfrans təşkil edəcəyini bildirib
Digər ölkələr14:06
Aynur Sofiyeva: "FIDE-nin xatirə medalı ilə təltif olunmaq böyük şərəfdir"
Fərdi14:05
İspaniyanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
Digər ölkələr14:03
Azərbaycan əhalisinin gəlirləri 7 % artıb
Maliyyə13:58