Türkiyənin Çanaqqala bölgəsindən 2 min il yaşı olan uşaq əmziyi tapılıb

Maraqlı
  • 12 sentyabr, 2017
  • 16:45
Türkiyənin Çanaqqala bölgəsindən 2 min il yaşı olan uşaq əmziyi tapılıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Türkiyənin Çanaqqala şəhərinin Biqa rayonunun Kəmər kəndi yaxınlığında ellinizm dövrünün ən önəmli liman şəhəri Parionda aparılan qazıntı işləri zamanı 2 min il yaşı olan əmzik tapılıb.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, əmzik uşaq qəbrindən aşkarlanıb.

Qazıntılardan məlum olub ki, qədim Roma dövründə bu əmziklərdən uşaqların süd və yemək yeyə bilmələri üçün istifadə olunub. Əmzik bişmiş torpaqdan hazırlanıb.