Sevastopolda qədim gəminin qalıqları tapılıb
- 20 fevral, 2018
- 23:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 fevral. REPORT.AZ/ Krımın qədim Roma tarixi dövründə, indiki Sevastopol sahilində eramızın II-III əsrlərində batmış gəminin qalıqları Belbek çayının dibində arxeoloqlar tərəfindən sudan çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun sualtı arxeoloji ekspedisiyasının başçısı Viktor Lebedinski TASS-a bildirib.
Lebedinskinin sözlərinə görə, əməliyyatın gedişatında suyun dibindən iki lövbər və s. əşyalar çıxarılıb. Bu əşyalar eramızın II-III əsrinə aiddir.
Bütün tapıntılar Sevastopol Dövlət Universitetinin Dəniz Tədqiqatları və Texnologiyalar Mərkəzinə aparılıb. Orada alimlər artefaktları öyrənəcəklər.
Tədqiqatçılar aşkarlanmış hissələrin saxlanılması üçün xüsusi məhluldan istifadə edəcəklər.