Peruda it günlərdir xəstəxanada koronavirusa yoluxan sahibini gözləyir

Peruda it günlərdir xəstəxanada koronavirusa yoluxan sahibini gözləyir Perunun Lima şəhərində “Firu” ləqəbli it bir həftəni &hospitalda keçirir.
Maraqlı
9 İyul , 2020 04:50
Peruda it günlərdir xəstəxanada koronavirusa yoluxan sahibini gözləyir

Perunun Lima şəhərində “Firu” ləqəbli it bir həftəni hospitalın qarşısında keçirir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, tibb işciləri itin koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmiş sahibini gözlədiyini güman edirlər.

Qilyermo Almenar İriqoyen adına xəstəxananın əməkdaşları onu "Firu" adlandırıblar. Bu, yerli dildə xeyirxah deməkdir.

"İnsanlar deyirlər ki, bu itdə xeyirxah xarakter var. İndi hava soyuqdur, xoşbəxtlikdən kimsə ona gödəkcə verdi. Bu həmişə şəfqətə səbəb olur, çünki insanlar deyirlər ki, it insanın ən yaxşı dostudur və bu həqiqətdir, belə deyilmi?", - xəstəxananın əməkdaşı Jizella Mondraqon bildirib.

"Firu"nu yedirdirlər. Onun sahibinin taleyi hələlik naməlumdur.

"Görünür, onun sahibini COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdiriblər və it onu gözləyir. Dostlarla birlikdə biz ona kömək etmək üsullarını axtarırıq, məsələn, ona əlavə geyim alırıq, həmçinin onu ailəyə aparmaq ehtimalı mövcuddur ", - Jizella qeyd edib.

Son məlumatlara əsasən, Peruda koronavirusa yoluxanların sayı 309 278-i ötüb, onlardan 10 952 nəfər ölüb, 200 938 pasiyent sağalıb.

Son xəbərlər

Orphus sistemi