Perudakı Naska xətlərinin sirri açılıb

Perudakı Naska xətlərinin sirri açılıb Alimlərin fikrincə, Naska xətləri qədim dövrlərdə mövcud olmuş şaxələnmiş akvedukların mürəkkəb sisteminin bir hissəsidir
Maraqlı
15 Aprel , 2016 11:01
Perudakı Naska xətlərinin sirri açılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Arxeoloqlar peykdən çəkilmiş şəkillərdən istifadə etməklə Peruda qədim dövrlərdə yaşamış sivilizasiyadan qalan Naska xətlərinin sirrini açıb. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, elm adamları tərəfindən aparılan təhlillər qədim dövrlərdə akvedukların (hərfi tərcümədə su kəməri, daha dar mənada isə nəqliyyat üçün deyil, su ötürülməsi üçün nəzərdə tutulmuş körpü mənası verir - red.) Naska xətləri ilə vahid sistem təşkil etdiyini göstərib.

Alimlərin fikrincə, Naska xətləri qədim dövrlərdə mövcud olmuş şaxələnmiş akvedukların mürəkkəb sisteminin bir hissəsidir.

Arxeoloq Roza Lazaponaranın bildirdiyinə görə, həmin xətlər torpaq altından su çıxarılması üçün tikilmiş mürəkkəb hidravlik sistem yaradıb. Onların köməyi ilə Naska mədəniyyətinin nümayəndələri bütün il boyu sudan istifadə edə bilib. İnsanlar mayedən məişət və kənd təsərrüfatı məqsədilə istifadə edib.

Qeyd edək ki, Naska xətləri eyniadlı yaylada yerləşir və təxminən 30 şəkil, 700 həndəsi fiqur və 13 min xətdən formalaşır. Bu barədə ilk dəfə XVI əsrdə qeyd olunub. Naska xətlərini 3-1,2 min il əvvəl bu regionda yaşamışlar eyniadı mədəniyyətin yaratdığı və irs qoyduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi