Bakı. 12 dekabr. REPORT.AZ/ Nüfuzlu "Oskar" mükafatının yaxında gözlənilən 91-ci təqdimetmə mərasimi baş aparıcısız keçirilə bilər.
“Report” xəbər verir ki, "Variety" nəşrinin mənbəyə istinadən yaydığı məlumata görə, belə bir qərar mükafatı verən Amerika Kino İncəsənət Akademiyasının ustadlrı tərəfindən qəbul oluna bilər.
Komediya ustası Kevin Hartın təyinatın dərhal ardınca mərasim keçirməkdən könüllü –məcburi qaydada imtina etməsindən sonra Akademiya rəhbərliyi və ABC teleşirkəti çətin vəziyyətə düşüb. Vəziyyətdən çıxış yollarından biri kimi isə aparıcıdan imtina edilməsi nəzərdən keçirilir.
Hart ötən həftə "Twitter"də "Oskar"ın təqdimetmə mərasimində aparıcı rolundan imtina etdiyini yazıb və keçmişdə LGBT icmasının ünvanına səsləndirdiyi mənfi fikirlərə görə üzr istəyib.
Jurnal yazır ki, bu qəfil bəyanat təşkilatçıları çaşbaş salıb, çünki nə Amerika Kino İncəsənət Akademiyasının rəhbərliyi, nə də ABC televiziya şirkətinin rəhbərliyi belə bir şey gözləmirdilər.
2018-ci il üçün kino sahəsində mükafatların 91-ci "Oskar" mükafatı mərasimi 2018-ci il 24 fevral tarixində "Dolby" teatrında keçiriləcək.
Bundan əvvəlki mərasimdə “The Shape of Water” filmi “Ən yaxşı film” nominasiyasında "Oskar" mükafatına layiq görülüb.