“Amazon” şirkəti pilotsuz rejimlə işlyən yeni “Always Home Cam” məişət təhlükəsizlik kamerasını təqdim edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, istehsalçı yeni cihazını “YouTube” kanalında elan edib.
Kamera əsas rejimdə dok-stansiyada yerləşərək müşahidə aparır. Amma sahibi, məsələn, mətbəxdə qaz plitəsinin sönüb-sönmədiyini öyrənmək istəyirsə, smartfon vasitəsi ilə dron rejimini işə salır, kamera dok-stansiyadan çıxır və məsafədən idarə olunaraq marşrut üzrə uçur.
Dron rejiminə həmçinin işə düşən siqnalizasiya da daxildir. Bu halda istifadəçinin smartfonuna bildiriş gəlir və internet bağlantısı varsa, kamera məkandan canlı görüntülər təqdim edir.
Yeni cihazı işləyib hazırlayanlar “Always Home Cam”ın dron rejimində insanlar və ev heyvanları üçün tamamilə təhlükəsiz olduğunu vurğulayırlar. Çünki pərvanələr çərçivələrlər qorunur, onların səsi isə başqalarına yaxınlaşma barədə xəbərdarlıq etmək üçün qəsdən olduqca yüksək edilib. Müşahidə kamerası 2021-ci ildə satışa çıxarılacaq. Onun dəyəri 249 ABŞ dolları olacaq.