Marsda yeni vulkan püskürmələrinin izləri aşkarlandı

Marsda yeni vulkan püskürmələrinin izləri aşkarlandı Bu barədə Planetologiya İnstitutunun elmi işçisi David Horvat “İcarus” elmi dərgisindəki məqaləsində bildirilib
Maraqlı
3328
7 May , 2021 16:03
Marsda yeni vulkan püskürmələrinin izləri aşkarlandı

Marsdakı Elisium ovalığında aşkarlanan izlər son 50 min il ərzində çox sayda vulkan püskürmələrinin baş verdiyini göstərir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Planetologiya İnstitutunun elmi işçisi David Horvat “İcarus” elmi dərgisindəki məqaləsində bildirib.

D.Horvatın başçılıq etdiyi tədqiqat qrupu Mars ətrafında hərəkətdə olan süni peyklərdən əldə edilən məlumatlar əsasında sözügedən bölgədə gənc vulkanizmə dair əlamətlər aşkar edib.

Qeyd edək ki, güclü vulkanik fəaliyyətlərin 3-4 milyard il bundan əvvəl baş verdiyi Marsda son 3 milyon il ərzində vulkanik fəaliyyətlərə dair hər hansı əlamətin olmadığı deyilirdi.

Son xəbərlər

Orphus sistemi