Koronavirusun su samurundan insana yoluxması təsdiqləndi

Koronavirusun su samurundan insana yoluxması təsdiqləndi Niderlandın xəzlik heyvan fermasında koronavirus infeksiyasının su samurundan insana yoluxması qeydə alınıb.
Maraqlı
20 May , 2020 05:11
Koronavirusun su samurundan insana yoluxması təsdiqləndi

Niderlandın xəzlik heyvan fermasında koronavirus infeksiyasının su samurundan insana yoluxması qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Kənd təsərrüfatı nazirinin parlamentə ünvanlanan məktubuna istinadən “Reuters” agentliyi xəbər verib.

Ötən ay Niderlandın Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Şimali Barbant əyalətində iki xəzlik heyvan fermasında yaşayan su samurlarında COVID-19-a yoluxma qeydə alınıb. İyirmi mindən çox su samurunun yaşadığı fermalar ölkədə koronavirus epidemiyasının episentrindədir. Heyvanlar onlarda virusun əlamətlərinin yaranmasından, o cümlədən nəfəsalma ilə bağlı problemdən sonra testdən keçirilib.

Hakimiyyət orqanları ehtiyat tədbiri kimi fermalara girişi məhdudlaşdırıb, ancaq bildirilib ki, virusun heyvanlardan insana yoluxması riski yoxdur.

Niderlandın su samurlarının yetişdirilməsi üzrə iki fermasında koronavirus aprelin ikinci yarısında aşkarlanmışdı.  

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi