Koronavirusdan müalicəyə görə xeyli pul tələb etdilər

Koronavirusdan müalicəyə görə xeyli pul tələb etdilər Birləşmiş Ştatlarda klinikalardan biri koronavirusdan sağaltdığı pasiyentdən 1 milyon ABŞ dollarından artıq pul tələb edib.
Maraqlı
17 İyun , 2020 18:30
Koronavirusdan müalicəyə görə xeyli pul tələb etdilər

Birləşmiş Ştatlarda klinikalardan biri koronavirusdan sağaltdığı pasiyentdən 1 milyon ABŞ dollarından artıq pul tələb edib.

“Report” “The Seattle Times”a istinadən xəbər verir ki, olay Vaşinqton şəhərinin İssakua şəhərində baş verib.

Belə ki, koronavirus daşıyıcısı olan Maykl Flor ağır vəziyyətdə yerli klinikaya çatdırılıb. Ağciyərlərin süni ventilyasiyası cihazına qoşulan 70 yaşlı kişinin vəziyyəti o dərəcədə pis olub ki, yaxınlarının səsini sonuncu dəfə dinləmək üçün qulağına telefon belə gətiriblər. Bununla belə, M.Flor sağalıb və artıq Sietldəki evinə qayıdıb.

Ancaq müalicənin hesab çeki onun yenidən xəstəxanaya yerləşdirilməsinə səbəb ola bilərdi. Belə ki, 62 gün xəstəxanada müalicə alan kişi xəstəxanaya 1 122 501,04 ABŞ dolları ödəməlidir.

M.Florun sözlərinə görə, çek daha çox kitaba bənzəyir, çünki o, 181 səhifədən ibarətdir. Maraqlıdır ki, bu, heç yekun məbləğ belə deyil. Buraya bəzi xidmətlər daxil edilməyib. Xoşbəxtlikdən Maykl Florun sığortası onun borcunun böyük qismini qapadıb. 

Son xəbərlər

Orphus sistemi