"Jingle Bells" mahnısı Milad bayramı üçün yazılmayıb

"Jingle Bells" mahnısı Milad bayramı üçün yazılmayıb Bu bəstə əslində "One Horse Open Sleigh" adlanır
Maraqlı
24 Dekabr , 2017 22:42
Jingle Bells mahnısı Milad bayramı üçün yazılmayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Milad mahnısı hesab edilən "Jingle Bells" Şükranlıq günü üçün yazılıb.

“Report” xəbər verir ki, 1857-ci ildə Ceyms Pyerpont tərəfindən yazılan bu bəstə ilkin olaraq "One Horse Open Sleigh" (Kirşə qoşulmuş at) adlanıb.

"The Mirror" nəşrinin yazdığına görə, insanlar bu mahnının Milad bayramına həsr olunduğunu mətndə Santa Klausun atributu sayılan kirşə sözünün işlədilməsinə görə hesab edə bilərlər.

Şükranlıq günü ABŞ-da noyabrın son cümə axşamı günü qeyd olunur. Həmin gün Birləşmiş Ştatların ilk sakinləri yad edilir və məhsula görə Allaha minnətdarlıq olunur.

Son xəbərlər

Orphus sistemi