İtaliyanın koronavirus olmayan kəndində 1 avroya ev satılır - FOTO

İtaliyanın koronavirus olmayan kəndində 1 avroya ev satılır - FOTO İtaliyanın Çinkuefrondi kommunasının hakimiyyəti bələdiyyədə bir avroya ev almağa icazə verən proqramı yeniləyib.
Maraqlı
14 İyun , 2020 04:40
İtaliyanın koronavirus olmayan kəndində 1 avroya ev satılır - FOTO

İtaliyanın Çinkuefrondi kommunasının hakimiyyəti bələdiyyədə bir avroya ev almağa icazə verən proqramı yeniləyib.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Qeyd edilir ki, bu satışda şərt var: yeni sahiblər öz evlərini üç il ərzində təmir etməli olacaqlar, əks təqdirdə onları 20 min avro məbləğində cərimə gözləyir. Həmçinin onlardan girov kimi 250 avro götürüləcək.

"Gözəllik" adını daşıyan layihə kəndin simasının bərpasına, həmçinin hazırda sayı cəmi 6,5 min nəfəri ötən əhalinin artımına yönəldilib. Mer Mişel Konianın sözlərinə görə, bir çox evlərin sahibləri başqa regionlara köçüblər və öz evlərini atıblar.

"Əgər biz böyük tələbatla üzləşsək, mən onilliklər ərzində boş qalan və qoca sahibləri heç yerdə tapılmayan bütün digər evləri ekspropriasiya (icbari pulsuz müsadirə və ya dövlət orqanları tərəfindən ödənilməklə əmlakın özgəninkiləşdirilməsi - red)  edə bilərəm”, - deyib.

Bundan başqa, qəsəbə hakimiyyəti qeyd edir ki, kommunada koronavirusa heç bir yoluxma qeydə alınmayıb. Halbuki İtaliya pandemiyadan ciddi zərər çəkib.

Son xəbərlər

Orphus sistemi