Hindistanda dünya liderlərinin şəxsi aşpazlarının qurultayı keçirilir

Hindistanda dünya liderlərinin şəxsi aşpazlarının qurultayı keçirilir "Club des Chefs des Chefs" klubunun tədbiri hər il dünyanın müxtəlif ölkəsində keçirilir
Maraqlı
26 Oktyabr , 2016 15:36
Hindistanda dünya liderlərinin şəxsi aşpazlarının qurultayı keçirilir

Bakı. 26 oktyabr. REPORT.AZ/ Dövlət başçılarının şəxsi aşpazları Hindistan paytaxtı Dehlidə öz klublarının qurultayında bir araya gəliblər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

1977-ci ildə Parisdə təsis edilmiş "Club des Chefs des Chefs" klubunun tədbiri hər il dünyanın müxtəlif ölkəsində keçirilir. Bu il Dehlidə 20 çox ölkədən olan qonaqları Hindistanın Baş naziri Narendra Modinin aşpazı Montu Saini qəbul edir.

Qurultayın əvvəlində Hindistan baş naziri özü şəxsən aralarında Ağ Evin mətbəxinin rəhbəri Kristeta Kromfort və Böyük Britaniya şahzadəsi II Yelizavetanın şəxsi aşpazı Mark Flenaqanın da olduğu baş aşpazları salamlayıb.

"Bütün prezidentlər bir-biri ilə görüşür. Mən də fikirləşdim ki, baş aşpazlar arasında bir növ G20 yaratmaq yaxşı ideya olar" - klubun yaradıcısı tədbirin əvvəlində bildirib.

"Siyasət insanları ayırırsa, yaxşı təamlarla zəngin stol birləşdirir" - Jil Braqar vurğulayıb.

Son xəbərlər

Orphus sistemi