Dubayda boşanma qadağan edildi

Dubayda boşanma qadağan edildi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubayda evlənmə və boşanma prosesləri ikinci əmrədək qadağan olunub.
Maraqlı
828
9 Aprel , 2020 12:54
Dubayda boşanma qadağan edildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubayda evlənmə və boşanma prosesləri ikinci əmrədək qadağan olunub.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, qərarın koronavirus pandemiyasına qarşı görülən qabaqlayıcı tədbirlər çərçivəsində verildiyi açıqlanıb.

Ölkənin Ədliyyə Nazirliyinin veb-saytında ailələrarası da olsa, toy məclislərin təşkil edilməməsi istənilib.

Qeyd edək ki, BƏƏ-də qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 2 700-ə yaxınlaşır. Ölkədə indiyədək 12 nəfər pandemiyanın qurbanı olub.  

Orphus sistemi