Çörçilin çəkdiyi rəsm əsəri 1,8 milyon dollara satılıb

Çörçilin çəkdiyi rəsm əsəri 1,8 milyon dollara satılıb Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçilin (1874-1965) çəkmiş olduğu rəsm əsəri Nyu-Yorkda keçirilmiş auksionda 1,8 milyon ABŞ dollarına satılıb.
Maraqlı
212
24 İyun , 2021 10:28
Çörçilin çəkdiyi rəsm əsəri 1,8 milyon dollara satılıb

Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçilin (1874-1965) çəkdiyi rəsm əsəri Nyu-Yorkda keçirilən auksionda 1,8 milyon ABŞ dollarına satılıb.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Phillips” auksion evinin saytında məlumat dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, rəsm əsəri 1921-ci ilin yayında çəkilib. Şəkildə kiçik ingilis şəhərciyinin yaxınlığında meşə və su ilə dolu xəndək təsvir olunub.

Rəsm əsəri əvvəllər yunan iş adamı Aristotel Onassisin (1906-1975) kolleksiyasında saxlanılırmış.

Xatırladaq ki, mart ayında U.Çörçilin başqa bir əsəri “Christie's” auksion evində 11,6 milyon ABŞ dollarına satılmışdı. Həmin rəsmi ABŞ aktrisası Angelina Coli satışa çıxarmışdı.

Son xəbərlər

Orphus sistemi