Çinin bir vilayətində it və pişik ətinin istehlakına qadağa qoyuldu

Çinin bir vilayətində it və pişik ətinin istehlakına qadağa qoyuldu Çinin cənubunda yerləşən Quandun vilayətində koronavirus pandemiyası ilə əlaqədar it və pişik ətinin istehlakı yasaqlanıb.
Maraqlı
15 Aprel , 2020 19:46
Çinin bir vilayətində it və pişik ətinin istehlakına qadağa qoyuldu

Çinin cənubunda yerləşən Quandun vilayətində koronavirus pandemiyası ilə əlaqədar it və pişik ətinin istehlakı yasaqlanıb.

"Report" "Euronews"a istinadən xəbər verir ki, dənizdə yaşayan bəzi qurbağa və tısbağa növlərinin satışına isə hələ ki icazə qalmaqdadır.

Sözügedən qadağanın mayın 1-dən qüvvəyə minəcəyi bildirilir.

Qeyd edək ki, vəhşi yarasa və ilandan insana keçməsi güman edilən koronavirusla bağlı ölkə rəhbərliyi vəhşi heyvanların ticarətinə və istehlakına da qadağa qoymuşdu.

Bundan əvvəl Quandun vilayətinin Şençjen şəhərində it və pişik ətinin istehlakının mayın 1-dən yasaqlanacağı bildirilmişdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 027 000-i ötüb. Bunların 494 562 nəfəri sağalıb, 129 173 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi