Bu qadın evində 480 pişik, 12 it saxlayır

Bu qadın evində 480 pişik, 12 it saxlayır Omanın paytaxtı Maskatda yaşayan Məryəm əl-Bəluşi adlı qadın evini 480 pişik və 12 köpək ilə paylaşır
Maraqlı
1962
27 Noyabr , 2020 15:54
Bu qadın evində 480 pişik, 12 it saxlayır
Məryəm əl-Bəluşi

Omanın paytaxtı Maskatda yaşayan Məryəm əl-Bəluşi adlı qadın evini 480 pişik və 12 köpək ilə paylaşır.

“Report” xəbər verir ki, bu barədə məlumatı AFP yayıb.

“Heyvanları, xüsusilə pişik və köpəkləri insanlardan daha inanclı sayıram. Onlar bu səbəbdən çoxumuzdan daha çox vicdanlı və vəfalıdırlar”, - Məryəm əl-Bəluşi söyləyib.

51 yaşlı təqaüdçü qadının sözlərinə görə, 2008-ci ildə İran pişiyinə yiyələnədək həmişə heyvanlardan çəkinib, ancaq sonra onlardan əl çəkə bilməyib: “Bir çox ana kimi, mən də gigiyena baxımından və oğluma zərər verə biləcəyi mövzusunda narahat idim. Ancaq belə olmadı. İki il sonra daha bir pişiyə yiyələndik. Ardınca onlar həyatımın ən böyük məqsədlərindən birinə çevrildi. Daha sonra evimizdə baxdığımız pişiklərin sayı 400-ə çatdı”.

Bundan başqa, Məryəm əl-Bəluşi bir müddət sonra qonşularının etirazı ilə qarşlaşdığını və bu səbəbdən 2014-ü ildə kirayəçi kimi yaşadığı evi aldığını bildirib.

Son xəbərlər

Orphus sistemi