​"Boston Dynamics" insanabənzər robotları sınaqdan keçirib - VİDEO

​"Boston Dynamics" insanabənzər robotları sınaqdan keçirib - VİDEO Bundan öncə "Boston Dynamics" təbii şəraitdə dördayaqlı robotları sınaqdan keçirib
Maraqlı
19 Avqust , 2015 06:52
​Boston Dynamics insanabənzər robotları sınaqdan keçirib - VİDEO

Bakı. 19 avqust. REPORT.AZ/ "Google"a məxsus "Boston Dynamics" şirkəti "Atlas" insanabənzər robotların sınağına başlayıb. "Report" "ROSBALT"a istinadən xəbər verir ki, robotlar artıq meşədə sərbəst gəzmək və zərbə zamanı tarazlıqlarını itirməmək qabiliyyətinə malik olduqlarını nümayiş etdiriblər.

"Boston Dynamics" şirkətinin yaradıcısı Mark Rayber robotun sınaqdan keçirilməsi barədə Kembricdə (Massaçusets ştatı) keçən XI Fab Lab konfransında danışıb.

"Siz əvvəlcədən bilmirsiz, laboratoriyadan kənarda robot özünü necə aparacaq. Bu, tam başqa vəzifədir", - o deyib.

Qeyd edək ki, bundan öncə "Boston Dynamics" təbii şəraitdə dördayaqlı robotları sınaqdan keçirib. 

Son xəbərlər

Orphus sistemi