Alimlər əsrlər boyu dənizin dibində gizlənən 2 tonluq balıq tapıblar - VİDEO

Alimlər əsrlər boyu dənizin dibində gizlənən 2 tonluq balıq tapıblar - VİDEO Bu, sümüklü balıqlar sinfinə daxil olan ən böyük balıqdır
Maraqlı
23 İyul , 2017 03:00
Alimlər əsrlər boyu dənizin dibində gizlənən 2 tonluq balıq tapıblar - VİDEO

Bakı. 23 iyul. REPORT.AZ/ Alimlər 130 ildir ki, tədqiqatçılardan "gizlənməyi" bacaran iki tonluq balığı tapa biliblər.

"Report" xəbər verir ki, "Hoodwinker Sunfish" və ya "Mola tecta" adı verilən bu balığı Marianna Nyuqard adlı avstraliyalı tələbə aşkara çıxarıb. O, Hind və Sakit okeanları araşdırarkən bu balığa rast gəlib.

Bundan əvvəl isə yaxşı maskalanma xüsusiyyəti olduğu üçün bu balığı tapa bilmirdilər. Bu, sümüklü balıqlar sinfinə daxil olan ən böyük balıqdır. Uzunluğu 4, hündürlüyü isə 3 metrə qədər çatır.

Son xəbərlər

Orphus sistemi