ABŞ viza verərkən müraciət edənlərin sosial şəbəkələrdəki səhifələrini yoxlayacaq

ABŞ viza verərkən müraciət edənlərin sosial şəbəkələrdəki səhifələrini yoxlayacaq Dövlət Departamenti: "Vizaların verilməsi prosesi hər bir halda fərdidir"
Maraqlı
15 Dekabr , 2015 10:20
ABŞ viza verərkən müraciət edənlərin sosial şəbəkələrdəki səhifələrini yoxlayacaq

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ ölkəyə giriş zamanı viza verilməsi prosesində müraciət edənlərin sosial şəbəkələrdəki səhifələrini yoxlamaq hüququnu saxlayır. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi keçirdiyi brifinqdə jurnalistlərə məlumat verib.

"Vizaların verilməsi prosesi hər bir halda fərdidir, bu yalnız K-1 vizalarına tətbiq olunmur. Bundan əlavə, Dövlət Departamenti bu proses üçün məsul olan yeganə qurum deyil. Biz Milli Təhlükəsizlik Departamenti ilə birgə çalışırıq", - Kirbi deyib.

Onun sözlərinə görə, konsulluğun səlahiyyətli şəxsləri söhbət zamanı müraciət edənin sosial şəbəkələrdəki hesablarını yoxlamağın lazım gəldiyini düşünərsə, bu ediləcək. C.Kirbi bu halın hər dəfə yox, seçmə yolu ilə və ya şübhə oyandıqda baş tutacağını da əlavə edib.

Son xəbərlər

Orphus sistemi