Ana 17 uşağını koronavirusa yoluxdurdu

Ana 17 uşağını koronavirusa yoluxdurdu ABŞ-da simptomsuz koronavirus daşıyıcısı olan bir ana 18 uşağından 17-ni infeksiyaya yoluxdurub.
Maraqlı
18 Aprel , 2020 14:11
Ana 17 uşağını koronavirusa yoluxdurdu

ABŞ-da simptomsuz koronavirus daşıyıcısı olan bir ana 18 uşağından 17-ni infeksiyaya yoluxdurub.

“Report” “The Sun”a istinadən xəbər verir ki, hadisə ölkənin Nyu-York ştatında qeydə alınıb.

Məlumata görə, onların vəziyyəti yaxşıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 261 000-i ötüb. Bunların 579 187 nəfəri sağalıb, 154 726 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi