Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ-da yaşayanlar ingilis dilindən başqa türkcə də daxil olmaqla 350-yə yaxın fərqli dildə danışırlar.
"Report" "VOA News"-a istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Əhali İdarəsi yayıb.
Məlumata görə, bu göstərici ötənilki araşdırmanın nəticəsindən 39 dil çoxdur.
Xəbərdə bildirilib ki, ölkədə evlərdə ən çox ingiliscə danışılsa da, ispan, Çin, fransız, vyetnamca danışmaq da geniş yayılıb.
2009-2013-cü illərdə toplanan məlumatlar ölkədə müxtəlif dillərdə danışıldığının əhatəsini təsdiqləyib. Araşdırmaya görə, ən çox dil müxtəlifliyinə 15 əyalətdə rast gəlinib. Məsələn, Nyu-York şəhəri və ətraf ərazilərdə 192, Los-Ancelesdə 185, Vaşinqtonda 168, Sietlda 166, Feneksdə 163 fərqli dildə danışırlar.
Los-Anceles və Mayami ingiliscədən başqa dildə ən çox danışan əyalətlərdir. Los-Ancelesdə şəhər əhalisinin 54 faizi ingiliscədən başqa dildə danışdığı halda, Mayamidə bu göstərici 51 faizdir.
Daha az danışılan dillər Pensilvaniya flemenkcəsi, türkçə, rumıncadır. Məlumata görə, ölkədə 350 mindən çox insan yupik, dakota, apaçi, keres, çeroki kimi 150 fərqli yerli dildə danışır.
Əhali İdarəsinin məlumatına görə, böyük şəhərlərdə ən az danışılan Bengal, serb, İndoneziya, Savahili, alban, süryani, pəncab, Ukrayna, Telugu, Malayalam, Tamil ve Pima dilləridir.