"Yapı Kredi Bank Azərbaycan"da əhalinin əmanətləri artıb

"Yapı Kredi Bank Azərbaycan"da əhalinin əmanətləri artıb Bakı. 22 aprel. REPORT.AZ/ "Yapı Kredi Bank Azərbaycan"QSC-nin aktivləri ilin əvvəlindən 0,3% azalaraq cari il aprelin 1-nə 441 900 min manat təşki...
Maliyyə
22 Aprel , 2017 15:36
Yapı Kredi Bank Azərbaycanda əhalinin əmanətləri artıb

Bakı. 22 aprel. REPORT.AZ/ "Yapı Kredi Bank Azərbaycan" QSC-nin aktivləri ilin əvvəlindən 0,3% azalaraq cari il aprelin 1-nə 441 900 min manat təşkil edib.

"Report" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə bankın kredit portfeli də 10,23% azalaraq aprelin 1-nə 190 588 min manata enib. Kredit portfelinin 26,0% və ya 49 551 min manatı problemli kreditlərdir. İlin əvvəli ilə müqayisədə problemli kreditlərin portfeldə xüsusi çəkisi artıb. Belə ki, ilin əvvəlində problemli kreditlərin portfeldə payı 24,1% təşkil edib. Cəmi öhdəliklər də 0,82% azalaraq aprelin 1-nə 388 957 min manat olub. Əhalinin əmanətləri isə ilin əvvəlindən 5,05% artaraq 74 282 min manata yüksəlib. Cari il aprelin 1-nə bankın səhm kapitalı 46 811 min manat həcmində qalıb.

Cari ilin birinci rübündə bank 2 018 min manat xalis mənfəət əldə edib. Bank 2016-cı il ərzində 10 328 min manat zərər edib. 

Son xəbərlər

Orphus sistemi