​Vüqar Gülməmmədov: "ARDNF-dən daxilolmalar 78,3% səviyyəsində yerinə yetirilib"

​Vüqar Gülməmmədov: "ARDNF-dən daxilolmalar 78,3% səviyyəsində yerinə yetirilib" Palata sədri deyib ki, digər mənbələrdən daxil olmalar üzrə proqnoza tam əməl edilib
Maliyyə
4 İyul , 2016 14:09
​Vüqar Gülməmmədov: ARDNF-dən daxilolmalar 78,3% səviyyəsində yerinə yetirilib

Bakı. 4 iyul. REPORT.AZ/ Son beş ildə ilk dəfə olaraq hesabat ilində dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə az icra edilib. “Report” xəbər verir ki, bunu “Azərtac”a müsahibəsində Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V. Gülməmmədovun sözlərinə görə, ARDNF-dən daxil olmalar ötən illərə nisbətən 12,9% azalıb:

“Gəlirlərin nəzərdə tutulmuş məbləğlə müqayisədə 90,0% səviyyəsində icra olunmasının və əvvəlki illərlə müqayisədə azalmaların əsas səbəbi neftin qiymətinin proqnoz göstəricisindən 40,4% az olması, nəticədə dövlət büdcəsinə daxilolmaların 84,3%-ni təşkil edən Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) daxilolmaların 78,3% səviyyəsində yerinə yetirilməsidir. Bu, əvvəlki illə müqayisədə 12,9% aşağı göstəricidir”.

Palata sədri deyib ki, digər mənbələrdən daxil olmalar üzrə proqnoza tam əməl edilib:

“Digər daxilolmalara gəlincə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə isə nəzərdə tutulmuş məbləğ 2014-cü illə müqayisədə artımla və proqnozun 100,1%-i səviyyəsində icra edilib. Ayrı-ayrı tədiyyə növlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, proqnozlar 7 mənbə üzrə 100,0%dən çox, 4 mənbə üzrə 100,0% səviyyəsində, 5 mənbə üzrə isə kəsirlə yerinə yetirilib”.

Son xəbərlər

Orphus sistemi