"Turanbank"ın aktivləri 10% artıb

"Turanbank"ın aktivləri 10% artıb Bank ilin ilk 9 ayını 1 mln. manatdan artıq xalis zərərlə başa vurub
Maliyyə
15 Noyabr , 2016 10:04
Turanbankın aktivləri 10% artıb

Bakı. 15 noyabr. REPORT.AZ/ "Turanbank" ASC-nin cəmi aktivləri 2016-cı il oktyabrın 1-nə 508,011 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur.

"Turanbank"ın aktivlərinin 54,2%-ni və yaxud 275,162 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə Bankın kredit portfeli 6,8% böyüyüb. Ayrılmış kreditlərin 5,6%-nin və yaxud 15,302 mln. manatının ödəniş vaxtı keçib.

Sentyabrın sonuna "Turanbank"ın cəmi öhdəlikləri 453,608 mln. manat, cəmi kapitalı isə 54,402 mln. manat olub. Bankın öhdəliklərinin 46,1%-ni və yaxud 209,169 mln. manatını onun depozit portfeli təşkil edib. Bu, illik müqayisədə 7,4% azdır. Əhalinin "Turanbank"dakı əmanətləri isə il ərzində 42% artaraq 119,158 mln. manata çatıb. 

Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 73,95 mln. manat təşkil edib. 

Bu ilin ilk 9 ayında "Turanbank"ın faiz gəlirləri 25,398 mln. manat (5% azalma), faiz xərcləri 19,16 mln. manat (37,4% artım), qeyri-faiz gəlirləri 2,677 mln. manat (ötən il qeyri-faiz əməliyyatlarından zərər edib), qeyri-faiz xərcləri isə 9,007 mln. manat (11,5% azalma) təşkil edib. Bununla da, Bankın xalis əməliyyat zərəri 92 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67% azdır.

"Turanbank" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1,013 mln. manat yönəldib və ilin ilk 9 ayını 1,106 mln. manat xalis zərərlə başa vurub. Xatırladaq ki, Bank 2015-ci ilin ilk 9 ayından 443 min manat xalis mənfəətlə çıxıb.

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 082 manat olan 50 835 səhm əsasında formalaşıb. Səhmlərin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.  

Son xəbərlər

Orphus sistemi