Yuxarı

Tariyel İsmayılov “Accessbank”ın İdarə Heyətinin yeni sədr müavini təyin olunub

Tariyel İsmayılov “Accessbank”ın İdarə Heyətinin yeni sədr müavini təyin olunub

176

O, indiyə qədər bankın Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktoru olub

Bakı. 1 may. REPORT.AZ/ "AccessBank" QSC-nin Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin yeni Sədr müavini və Baş Biznes İnzibatçısı (CBO) vəzifəsinə təyinat olub. 

"Report" Banka istinadən xəbər verir ki, bu vəzifəyə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor Tariyel İsmayılov təyin olunub.

Xatırladaq ki, T.İsmayılov "AccessBank"da uğurlu fəaliyyətinə 2003-cü ildə Mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. O, qısa müddət ərzində idarəçilik qabiliyyəti və yüksək peşəkarlıq nümayiş etdirərək 2006-cı ildə Bankın “Gəncə” filialının rəhbəri vəzifəsinə yüksəlib, daha sonra regional menecer və departament rəhbəri vəzifələrində çalışıb, 2013-cü ildə isə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub.

Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, həmçinin, Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və Risk üzrə” ekspert qrupunun sədridir. O, “İqtisadiyyat və Hüquq” ixtisası üzrə maqistraturanı bitirib və hal-hazırda “Sahibkarlığa dövlət yardımının iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmi iş üzərində işləyir.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” kimi fəaliyyətə başlayıb, 2008-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 119,85 mln. manatdır. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın "KfW" inkişaf bankı, eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi