"Petkim"in səhmləri xarici investorlar üçün maraqlı olan TOP-5-ə daxil olub

"Petkim"in səhmləri xarici investorlar üçün maraqlı olan TOP-5-ə daxil olub Xarici investorlar 24 mln. dollara yaxın "Petkim" səhmi alıblar
Maliyyə
6 Aprel , 2017 15:05
Petkimin səhmləri xarici investorlar üçün maraqlı olan TOP-5-ə daxil olub

Bakı. 6 aprel. REPORT.AZ/ Bu ilin mart ayında xarici investorlar tərəfindən İstanbul Fond Birjasında (İFB) ən çox xalis səhm alışı həyata keçirilən 5 emitent şirkət arasında "Petkim Holding"in də adı var. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə İFB-nin aylıq hesabatında bildirilir. 

Hesabata görə, martda xarici investorlar xalis 23,7 mln. ABŞ dolları həcmində "Petkim" səhmi alıblar. Xarici investorların ən çox yatırım etdikləri şirkət səhmləri "Garanti Bankası" (43,1 mln. dollar), "Tekfen Holding" (41,9 mln. dollar), "İş Bankası" (34 mln. dollar) və "BİM Mağazalar"ı (28,6 mln. dollar) olub. 

Ümumiyyətlə, mart ayında xarici investorlar İFB-də xalis 48 mln. dollarlıq satış həyata keçirib.

Son xəbərlər

Orphus sistemi