Yuxarı
    Bağlamaq

    ​"PAŞA Sığorta" avtomobil sığortası ilə bağlı bazara yeni məhsul çıxarıb

    PASHA Ladies adlanan bu məhsul xanım müştərilər üçün nəzərdə tutulub

    Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanın "PAŞA Sığorta" şirkəti avtomobil sığortası üzrə yeni, "PASHA Ladies" adlı məhsulunu bazara təqdim edib. Bu barədə "Report"a şirkətin baş ofisindən məlumat verilib.

    "PASHA Ladies" məhsulunu əldə edən bütün xanım müştərilər eyniadlı özəl karta sahib olur və bununla müxtəlif məhsul və servislərə təqdim edilən endirimlərdən yararlanmaq imkanı qazanır. Bununla yanaşı, həmin paketi alan müştərilər bir çox əlavə xidmət və endirimlərə də sahib olur.

    Xatırladaq ki, “PAŞA Holdinq”in tərkibində fəaliyyət göstərən "PAŞA Sığorta"” ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln. manat olan "PAŞA Sığorta" kapitallaşma və riskləri özündə saxlama gücünə görə Azərbaycan sığorta bazarının lideridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi