"PASHA Ladies" məhsulunu əldə edən bütün xanım müştərilər eyniadlı özəl karta sahib olur və bununla müxtəlif məhsul və servislərə təqdim edilən endirimlərdən yararlanmaq imkanı qazanır. Bununla yanaşı, həmin paketi alan müştərilər bir çox əlavə xidmət və endirimlərə də sahib olur.
Xatırladaq ki, “PAŞA Holdinq”in tərkibində fəaliyyət göstərən "PAŞA Sığorta"” ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln. manat olan "PAŞA Sığorta" kapitallaşma və riskləri özündə saxlama gücünə görə Azərbaycan sığorta bazarının lideridir.