​"Paşa Həyat” vəfat etmiş şəxsin ipoteka krediti üzrə sığorta ödənişi verib

​"Paşa Həyat” vəfat etmiş şəxsin ipoteka krediti üzrə sığorta ödənişi verib Cari ildə ipoteka krediti ilə bağlı 3 sığorta hadisəsinə görə ümumilikdə 61 115 manat həcmində sığorta ödənişi verilib
Maliyyə
28 Aprel , 2016 19:51
​Paşa Həyat” vəfat etmiş şəxsin ipoteka krediti üzrə sığorta ödənişi verib

Bakı. 28 aprel. REPORT.AZ/ “Paşa Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib. ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 27 866 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfində aidiyyəti üzrə ödənilib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 3 sığorta hadisəsinə görə ümumilikdə 61 115 manat həcmində sığorta ödənişi verilib.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi