"Moody's": ABB-nin borcunun restrukturizasiyası Azərbaycan bank sistemi üçün mənfi hadisədir - ƏLAVƏ OLUNUB

"Moody's": ABB-nin borcunun restrukturizasiyası Azərbaycan bank sistemi üçün mənfi hadisədir - ƏLAVƏ OLUNUB Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici valyutada olan borc üzrə defolt elan edilməsi ölkənin bank sistemi ü...
Maliyyə
23 May , 2017 13:54
Moody's: ABB-nin borcunun restrukturizasiyası Azərbaycan bank sistemi üçün mənfi hadisədir - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 13:14-də verilib

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici valyutada olan borc üzrə defolt elan edilməsi ölkənin bank sistemi üçün əlavə çətinliklər yaradır. "Report" "Moody's" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, Agentlik ABB-nin problemlərindən xəbərdar olub və bunu cari ilin fevral ayında Bankın baza kredit qiymətləndirilməsini aşağı salmaqla əks etdirib. Lakin ABB-nin defolt elan edilməsi Azərbaycan hökuməti tərəfindən Banka dəstək siyasətinin gözlənilmədən dəyişdiyini göstərir. Agentlik həmçinin qeyd edir ki, sektorda olan digər banklar "Moody's"in reytinqi altında istiqraz yerləşdirmədiyindən və xaricdən borclanmadığına görə, onların restrukturizasiyası ehtimal edilmir. Azərbaycanın bütün banklarının depozit reytinqləri isə mənfi perspektivə sahibdir və bank sektoruna təzyiqi artırır.

"Hökuməti öz qərarından vaz keçirən səbəb nədir? Hökumət həqiqətən 2015-ci ildən etibarən ABB-nin özəlləşdirilməsindən öncə onun sağlamlaşdırılmasına böyük dəstək verib. Bankın problemli kreditlərinin 10 mlrd. manata yaxın hissəsi təmizlənib, təlcə bu ilin yanvar ayında kapitalına 600 mln. manat əlavə edilib. Lakin hökumət bəyan edib ki, restrukturizasiya Bankın digər depozitlərinə aid olmayacaq. Bu da Agentlik olaraq bizim dövlət siyasətinə əminliyimizi azaldıb. Bu yanaşma ABB və digər bankların depozit reytinqlərini aşağı sala bilər".

Agentlik həmçinin bildirib ki, 2016-cı ildə Azərbaycan bank sisteminin perspektivləri barədə icmalda sektorun problemləri qeyd olunsa da, ABB-nin defolt ola biləcəyi ehtimal edilməyib. Lakin hökumətin ABB siyasətini dəyişməsi Bankda olan problemlərin əvvəlcə düşünüldüyündən daha dərin ola biləcəyini göstərir. Bu da tələb olunan maliyyə dəstəyinin hökumətin planlaşdırdığından daha çox olması deməkdir. Bankın xarici valyutada kreditlərinin restrukturizasiyası nəzəri olaraq Bankın balansını bərpa edə bilər. Amma ABB-nin problemlərinin dəqiq müəyyən edilməsi və məhdudlaşdırılması olmadan, Bankın ödəmə qabiliyyətinin təhlükə altında olması problemi digər banklara da sıçraya bilər. Hazırda bu risk azaldılmalıdır.

Qeyd edək ki, "Moody's" Azərbaycanda ABB-dən başqa "Kapital Bank" ASC-yə "Ba3/neqativ", "Xalq Bank" ASC, "Bank Respublika" ASC, "Bank of Baku" ASC və "Bank VTB (Azerbaijan)" ASC-yə "B2/neqativ" reytinqi verib. ABB-də borc reytinqi olduğu halda, bu bankların reytinqləri ancaq depozit reytinqləridir. Agentlik ABB-dən sonra "Kapital Bank " və "Xalq Bank" ASC-lərin də müəyyən dövlət dəstəyinə ehtiyacının olduğunu bildirir və bunu ABB-dən (6 bal) fərqli olaraq 1 bal kimi qiymətləndirib,

Agentliyə görə, 2017-ci ilin ilk rübünün nəticələri göstərib ki, Azərbaycan banklarındakı müştəri depozitləri bankların əsas maliyyə mənbəyidir. Belə ki, məcmu öhdəliklərin 58%-i müştəri depozitlərinə aiddir, digər 24% maliyyə institutlarından alınan vəsaitlər, 7% bank kreditləridir. Xarici borclanmanın əsas hissəsi ABB tərəfindən həyata keçirilib, digər bankların xarici borcları azdır (əsasən, sindikatlaşmış ticarət borcları və ikitərəfli anlaşmalar). Beynəlxalq maliyyə təşkilatlarının yerli banklarda depozit və vəsaitləri isə əsasən onların minoritar səhmdar payları ilə məhdudlaşdırılıb.

***

Hesabata əsasən, Azərbaycandamüştərilərin banklaraetimadı azala bilər:"Əgər müştərilər ABB-nin xarici borcu üzrə defolt elan edilməsini bank sisteminin xarici valyutada borclarının ödənilməsində çətinlik çəkməsi kimi qəbul edərsə, onlar öz pullarını geri götürməyə başlaya bilər. Müştərilərin bank sisteminə inamı onsuz da zəifdir. Manatın devalvasiyası nəzərə alınmaqla, 2016-cı ildə bank sistemindən pərakəndə depozitlərin 20%-i geri götürülüb".

"Moody's" Azərbaycan Əmanətləri Sığortalanması Fondunun (ADIF) vəsaitlərinin hazırda məhdud olduğunu bildirir. 2016-cı ildən etibarən bağlanan 11 kommersiya bankının müştərilərinə ümumilikdə 726 mln. manat vəsait ödənilib. Bu da əsasən Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyələşdirilib.

"Dövlət zəmanəti formal olaraq bütün depozitləri əhatə etsə də, ABB-nin maliyyə çətinlikləri müştərilərin bank sektoruna inamını sarsıda bilər. Depozitlər əsasən qısamüddətlidir: depozitlərin 39%-nin cari hesablar olduğu diqqətə alınarsa, likvidlik hazırda təmin edilir. İlk rübdə likvidlik adekvat görünür. Çünki, cari hesabların 94%-i pul şəklində yerləşdirilib. Depozitlərdən qaçış isə likvidliyin həssaslığını artıra bilər", - deyə hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi