Gələn il Milli Məclis aparatının saxlanılmasına 45,5 milyon manat xərclənəcək

Gələn il Milli Məclis aparatının saxlanılmasına 45,5 milyon manat xərclənəcək Milli Məclis aparatının gələn il üçün xərclər smetası 45,488 milyon manat məbləğində müəyyənləşib.
Maliyyə
14 Noyabr , 2019 14:32
Gələn il Milli Məclis aparatının saxlanılmasına 45,5 milyon manat xərclənəcək
Report

Milli Məclis aparatının gələn il üçün xərclər smetası 45,488 milyon manat məbləğində müəyyənləşib.

“Report”un məlumatına görə, bunu parlamentin plenar iclasında qurumun işlər müdiri Firidun Hacıyev bildirib.

Onun sözlərinə görə, xərclər smetasının ümumi dəyərinin 79,7%-ni əməyin ödənişi fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.

“Son illər aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. 1980-ci ildə quraşdırılmış eklektrik yarımstansiyalarında yenidənqurulma işlərinin aparılması və istismarı yararsız hala düşmüş avadanlıqların yenisi ilə əvəz edilməsi nəzərdə tutulub. Həmçinin informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binalarında, data mərkəzlərində avadanlıqların alınıb quraşdırılması, iclas zallarında elektron səsvermə sisteminin idarə etmək üçün ayrılmış xüsusi otaqlarda yenidənqurma işlərinin aparılması tələb olunur.

Xərclər smetasında bəzi maddələr üzrə vəsaitin çatışmadığını nəzərə alaraq “tikili, avadanlıq və cari təmir xərcləri” maddəsinə 50 min manat, “icarə və muzdlu xidmətlər” maddəsinə 1 milyon manat, “xarici ezamiyyətlər” maddəsinə 200 min manat, “xarici ölkə nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi” maddəsinə 200 min manat, “maşın və avadanlıqlar” maddəsinə 100 min manat, nəqliyyat vasitələrinin alınmasına 300 min manat və “torpaq, tikili və avadanlıqları” paraqrafına isə 50 min manat vəsaitin ayrılmasını xahiş edirik”. 

Son xəbərlər

Orphus sistemi