​Maliyyə Nazirliyi yaxın günlərdə manat istiqrazları buraxacaq

​Maliyyə Nazirliyi yaxın günlərdə manat istiqrazları buraxacaq Bu istiqrazlar üzrə yüksək faiz dərəcəsi müəyyən edilib
Maliyyə
25 Yanvar , 2016 00:19
​Maliyyə Nazirliyi yaxın günlərdə manat istiqrazları buraxacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın Maliyyə Nazirliyi yaxın günlərdə bazara manat istiqrazları təqdim edəcək.

"Report" xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bu istiqrazlar üzrə 11-12 faiz dərəcəsinin müəyyən edildiyini bildirib:

"Biz bu istiqrazlar üzrə yüksək faiz ödəyəcəyik. Mən vətəndaşları əllərində olan manatları bu istiqrazlara yatırmağa dəvət edirəm. Faiz inflyasiyadan bir qədər yuxarı olacaq. Yəni əgər inflyasiya 10 faizdirsə, biz təqribən 11-12 faiz dərəcəsi ödəməyə hazırıq. Bununla yanaşı daxili bazara xarici valyutada da istiqrazlar təqdim olunacaq. Hesab edirik ki, bu gün bizdə böyük həcmdə xarici valyuta mövcuddur və bu valyuta işləmir, öz sahiblərinə hər hansı bir xeyir gətirmir. Biz elə etməliyik ki, bu xarici valyuta işləsin. Məhz buna görə istiqraz buraxacağıq. Lakin xarici valyutaya böyük faiz dərəcəsi verilməyəcək. Bu ABŞ dolları üzrə təqribən 3 faiz səviyyəsində olacaq". 

Son xəbərlər

Orphus sistemi