Azərbaycanda fiziki şəxslərin dollar kreditləri ilə bağlı kompensasiyaların ödənişi üçün ilk maliyyələşmə tranşı həyata keçirilib.
Bu barədə "Report"a
M.Piriyev ilk tranş üzrə məbləği də açıqlayıb: "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq aprelin 19-da Maliyyə Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı əsasında bankların, ləğvetmə prosesində olan kredit təşkilatlarının və bank olmayan kredit təşkilatlarının Mərkəzi Bankdakı hesablarına ilk tranş ayrılıb. Tranşın məbləği 350,8 milyon manatdır".