Yuxarı

​"Kapital Bank" kart sahibləri üçün aksiya keçirir

Aksiya iyulun 31-dək davam edəcək

Bakı. 25 may. REPORT.AZ/ "Kapital Bank" ASC-nin "Visa Gold" və "Visa Platinum" kartlarının sahibləri “Arzularınızın səyahətini qazanın” aksiyasında iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. "Visa Premium" kartları ilə alış-veriş etdikdə 6 ədəd səyahət paketi və 120 ədəd "Sabina" parfümeriya və kosmetika mağazalarına kupon əldə etmək olar.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, aksiyanın şərtlərinə görə, müştərilər ən azı 50 manatlıq nağdsız ödəniş etməli, bu ödənişi www.visa.com.az saytında qeydiyyatdan keçirməli və ödənişin qəbzini özündə saxlamalıdırlar. Aksiya iyulun 31-dək davam edəcək. Aksiya barədə ətraflı məlumat üçün https://www.visa-promotions.com/promotions/premiumaz/register.jsp linkinə keçmək lazımdır.

"Visa" kartlarını "Kapital Bank" filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Bank manat, dollar və avro əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi