​"Kapital Bank" kart sahibləri üçün aksiya keçirir

​"Kapital Bank" kart sahibləri üçün aksiya keçirir Aksiya iyulun 31-dək davam edəcək
Maliyyə
25 May , 2016 18:18
​Kapital Bank kart sahibləri üçün aksiya keçirir

Bakı. 25 may. REPORT.AZ/ "Kapital Bank" ASC-nin "Visa Gold" və "Visa Platinum" kartlarının sahibləri “Arzularınızın səyahətini qazanın” aksiyasında iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. "Visa Premium" kartları ilə alış-veriş etdikdə 6 ədəd səyahət paketi və 120 ədəd "Sabina" parfümeriya və kosmetika mağazalarına kupon əldə etmək olar.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, aksiyanın şərtlərinə görə, müştərilər ən azı 50 manatlıq nağdsız ödəniş etməli, bu ödənişi www.visa.com.az saytında qeydiyyatdan keçirməli və ödənişin qəbzini özündə saxlamalıdırlar. Aksiya iyulun 31-dək davam edəcək. Aksiya barədə ətraflı məlumat üçün https://www.visa-promotions.com/promotions/premiumaz/register.jsp linkinə keçmək lazımdır.

"Visa" kartlarını "Kapital Bank" filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Bank manat, dollar və avro əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Son xəbərlər

Orphus sistemi